Pirotexniki və tezalışan maddələr satan şəxs aşkarlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Masallıda pirotexniki və tezalışan maddələr satan şəxs aşkarlanıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi profilaktik tədbirlər zamanı rayon sakini Elçin Hacıyevin Masallı şəhəri ərazisində yerləşən özünə məxsus mağazada gizli şəkildə yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki məmulatların satışını təşkil etdiyi müəyyən edilib.
Həmin mağazaya baxış keçirilən zaman pirotexniki vasitələr aşkarlanaraq götürülüb.
Faktla bağlı onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib.
Oxşar xəbərlər
Pirotexniki maddələrin satışını gizli şəkildə təşkil edən şəxs saxlanılıb - VİDEO/FOTO
Polis əməkdaşları tərəfindən əhalinin istirahətinə maneə yaradan partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqam...