Sabirabadda Muğan klinikasında yanğın söndürülüb
Yeniliklərdən dərhal xəbərdar olun
Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sabirabad rayonunda klinikada yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
BAKU.WS xəbər verir ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində birmərtəbəli klinikanın dam örtüyündə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Qalereya
***17:08
Sabirabad şəhər ərazisində klinikada yanğın hadisəsi baş verib.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə Sabirabad şəhərindəki Muğan klinikasında qeydə alınıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib. Yanğının söndürülməsi üçün lazımı tədbirlər davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...