Sabirabadda iki avtomobil toqquşdu, xəsarət alan var
09
iyl
2021
23:26
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sabirabadda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Çölbeşdəli kəndi ərazisində qeydə alınıb.
Belə ki, “Jiquli” markalı avtomobillə “Mersedes” markalı avtomobil toqquşub.
Qəza zamanı, rayonun Çölbeşdəli kənd sakini, 1980-cı il təvəllüdlü Əliyev Rahib Eyvaz oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
6 qadının öldüyü kənd: "Yeznəm qızlarının və arvadının ölümündən xəbərsizdi" (FOTO)
Biz Bağırovlar ailəsinin yaşadığı ünvana çatanda heç kəsin ayaq üstə dayanmağa taqəti qalmamışdı. Kimi həyətin hasarına söykənmişdi, kimi də taybatay açılmış da...