Sabirabadda ata və yeniyetmə oğlu güllələnib
Yeniliklərdən dərhal xəbərdar olun
Sabirabad rayonunda ata və yeniyetmə oğlu güllələnib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Minbaşı ərazi vahidliyinin Qarağac kəndində heyvan obasında baş verib.
Minbaşı kənd sakini, 1981-ci il təvəllüdlü Hüseynov Fazil Kamil oğlu və onun yeniyetmə oğlu 2005-ci il təvəllüdlü Hüseynov İbrahim Fazil oğlu ayaqlarından ov tüfəngi ilə güllələnib.
Özlərinin bildirdiyinə görə, onlar kəndin çöllük ərazisində olarkən kənd sakini, 18 yaşlı Sahib adlı qonşuları maşınla ora gələrək əlindəki qoşalülə tüfəngi yerə atıb, bu zaman tüfəngdən avtomatik açılan atəş ata və oğulu ayaqlarından yaralayıb.
Hər iki yaralı ayaq sümüyün zədələnməsi diaqnozu ilə əvvəlcə Şirvan şəhər xəstəxanasına, daha sonra isə Bakıya - Respublika Klinik xəstəxanasına yola salınıb.
Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda qayınata gəlininə təcavüz etdi: "Zorla taxtın üzərinə oturdub..." - TƏFƏRRÜAT
Balakən rayonunda 1961-ci il təvəllüdlü Teymur Borboşov 2003-cü il təvəllüdlü gəlini Leylaya (ad şərti verilib - red.) təcavüz edib. BAKU.WS “teleqraf.com”a ist...