Sabirabad sakini məscidin pəncərəsindən yıxılaraq xəsarət alıb
27
iyn
2023
23:56
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sabirabad rayon sakini məscidin pəncərəsindən yıxılaraq xəsarət alıb.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayon mərkəzindəki “Şamaxı” adlanan məsciddə baş verib.
Belə ki, Sabirabad şəhər sakini, 1979-cu il təvəllüdlü Məmmədova Adilə Yosət qızı məscidin pəncərəsini təmizləyərkən hündürlükdən yıxılıb. Hadisə zamanı qadın müxtəlif dərəcəli xəsarətlər alıb.
A.Məmmədova Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
“Ona dedim ki, Kürdəmirdə 7 kilo qızıl basdırılıb, axtarmağa getdik”
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Kürdəmir rayon sakini, 1955-ci il təvəllüdlü Abbasqulu Nəsibovun məhkəməsi başa çatıb. Qafqazinf...