Sabiq polis rəisinin törətdiyi silahlı insidentlə bağlı YENİ MƏLUMAT - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Sabunçu rayonunda sabiq polis rəisi Rza Hacıyev silahlı insident törədib.
BAKU.WS-in "Xəzər Xəbər"ə istinadən məlumatına görə, hadisə Pirşağı qəsəbəsində yerləşən mağazalardan birinin yaxınlığında qeydə alınıb.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi də məlumat yayıb. Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə dekabrın 16-da saat 23 radələrində Pirşağı qəsəbəsi ərazisində qəsəbə sakini Rza Hacıyevin həmyerlisi Şirzad Quliyevin idarə etdiyi avtomobilə odlu silahdan atəş açaraq hadisə yerini tərk etməsi barədə məlumat daxil olub.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Rza Hacıyev saxlanıb. Ondan "Kalaşnikov" markalı avtomat silahı, 2 ədəd patron və 1 ədəd patron darağı götürülüb. Silahlı insidentlə bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, təqaüddə olan polkovnik Rza Hacıyev vaxtı ilə Bakının Sabunçu rayonunun və Neftçalanın polis rəisi vəzifələrində çalışıb.
Oxşar xəbərlər
Bakıda polkovnik maşını “Kalaşnikov”la atəşə tutdu - YENİLƏNİB + FOTO
Bakıda avtomobilə odlu silahdan atəş açılıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Daxili İşlər Nazirliyi Sab...