Sabiq icra başçısı vəfat etdi - FOTO
16
dek
2023
13:15
Beş il (1994-1999) Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı olmuş İnqilab Nadirov bu gün vəfat edib.
BAKU.WS oxu.az-a istinadən xəbər xəbər verir ki, 83 yaşında dünyasını dəyişən İnqilab Nadirov, həmçinin Azərbaycan SSR Ali Sovetinin üç çağırış (1980-1991) deputatı, Azərbaycan Milli Məclisinin üzvü (1991-1995) olub.
O, 1988-ci ildə Bakı şəhəri Oktyabr Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədr müavini, 1989-1990-cı illərdə Azərbaycan Respublikası Mətbuat Komitəsinin Kitabxana kollektorunun direktoru işləyib.
Oxşar xəbərlər
Elmar Məmmədyarova ağır itki - FOTO - YENİLƏNİB
Görkəmli alim, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, “Şöhrət” və “Şərəf” ordenli, Neft-Kimya Prosesləri İnstitutunun Sintetik yağların sintez və texnolo...