Rusiyaya aid gəmidə itkin düşən azərbaycanlıların ailələrinə 26 min dollar veriləcək

Rusiyaya aid gəmidə itkin düşən azərbaycanlıların ailələrinə 26 min dollar veriləcək
Hadisə 1129
Yapon dənizində itmiş "Vostok" gəmisinin məxsus olduğu "DV-flot" şirkəti heyət üzvlərinin qohumlarına 1,5 milyon rubl məbləğində (26 min 698 dollar) maddi yardım edəcək.BAKU.WS-in “Report”a istinadən verdiyi məlumata görə, bu barədə şirkətin baş direktoru Stanislav Malçevskiyə istinadən TASS məlumat yayıb."Müəssisə heyətin həlak olmuş hər bir üzvünə görə 1,5 milyon rubl ödəyəcək. Bundan əlavə, onların ailələri sığortaçı şirkət tərəfindən sığorta ödəmələri alacaqlar", - deyə Malçevski əlavə edib.Hazırda "Vostok" gəmisinin statusu dəyişməyib: hələ ki, axtarış gedir, dənizçilər həlak olmuş və ya itkin düşmüş hesab olunmayıblar. Bildirilir ki, onların itkin düşdüyünü rəsmi olaraq yalnız məhkəmə hesab edə bilər. Gəmi yanvarın 25-dən etibarən radarlardan itib.İtkin düşən gəminin 20 ekipaj üzvü arasında iki azərbaycanlı da var. Bunlar 1972-ci il təvəllüdlü dənizçi Mübariz Hüseynov və 1991-ci il təvəllüdlü dənizçi Ruslan Əlizadədir.BAKU.WS

Son xəbərlər