Rusiyalı nazir qəzaya düşdü: Vəziyyəti ağırdır - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Kamçatka diyarının səhiyyə naziri Aleksandr Qaşkov qəzaya düşüb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə regional hökumət orqanlarından bildirilib.
Məlumata görə, həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.
İlkin məlumata görə, qəza Naçiki-Kavalerskoye-Ust-Bolşeretsk avtomobil yolunun bir hissəsində baş verib. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunublar.
Məlumat verilib ki, iki avtomobilin toqquşması nəticəsində xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib.
Səhiyyə naziri ilə birlikdə avtomobildə Kamçatka diyarı Səhiyyə Nazirliyinin Səhiyyənin İnkişafı Departamentinin rəis müavini Denis Fedotov da olub. Qəza nəticəsində Aleksandr Qaşkovun qabırğaları və çanaq sümükləri sınıb. Nazirin olduğu xidməti avtomobilin sürücüsü, eləcə də Denis Fedotov yüngül bədən xəsarətləri alıblar.
Qalereya
Oxşar xəbərlər
Bakıda oğlan tələbələri ilə intim münasibətdə olan dekan niyə qətlə yetirilib? - CİNAYƏT İŞİ
Bakının Xətai rayonunda 1985-ci il təvəllüdlü Əhəd Salahov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı İlkin Qurbanovu qətlə yetirib. “Teleqraf”...