Rusiyada qətl törədən şəxs Bakıda tutuldu

Rusiyada qətl törədən şəxs Bakıda tutuldu
Hadisə 340

Rusiyada axtarışda olan şəxs Azərbaycanda tutulub.

BAKU.WS Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyasında Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan E.Məmmədov saxlanılıb.

Axtarış zamanı ondan 1 ədəd ov bıçağı aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun tanışı K.Babayevin Suraxanı rayonu ərazisində yaşadığı evdə gizlətdiyi nömrəsi silinmiş, qundağı və lüləsi kəsilmiş “İJ-58 M” markalı tüfəng və 4 ədəd patron da aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər