Rusiya Ukraynada kazarmanı "İsgəndər"lə vurdu: 10 ölü, 35 yaralı

Rusiya Ukraynada kazarmanı İsgəndərlə vurdu: 10 ölü, 35 yaralı
Hadisə 113

Rusiya ordusu tərəfindən Ukraynanın Dnepropetrovsk vilayətinin raket atəşinə tutulması nəticəsində 10 nəfər ölüb, daha 35 nəfər isə müxtəlif dərəcədə xəsarət alıb.

BAKU.WS xəbər verir ki, bu barədə vilayətin ərazi müdafiəsi qrupunun rəhbəri Gennadi Korban "Dnepr Tv"nin efirində deyib. Raketlərdən biri Ukrayna Milli Qvardiyasının Dnepr rayonunda yerləşən kazarmasına düşüb.

"İsgəndər" raketinin Rusiyanın Rostov vilayətindən atıldığı müəyyənləşdirilib. Ümumilikdə 3 raket atılıb və onlardan biri kazarmanın ərazisinə düşüb. Korbanın sözlərinə görə, itki daha da böyük ola bilərdi. O, bunu Ukrayna Müdafiə Nazirliyinin əsgərlərin bir yerə 20 nəfərdən artıq cəmləşməmək əmri ilə əlaqələndirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər