Rusiya təyyarə qəzasının araşdırılmasında Qazaxıstanla əməkdaşlıq etməyə hazırdır
Rusiya Federasiyası Qazaxıstana təyyarə qəzasının araşdırılmasında əməkdaşlığa hazır olduğunu bildirib.
BAKU.WS xəbər verir ki, bu barədə TASS xəbər agentliyi məlumat yayıb.
Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) rəhbəri Dmitri Yadrov jurnalistlərə bildirib ki, Rusiya Qazaxıstan və Azərbaycana Aktau vilayətində qəzaya uğrayan təyyarənin təhqiqatına kömək etməyə hazırdır.
Daha sonra o "Aktau yaxınlığında "Embraer" təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Rusiya tərəfi dərhal Qazaxıstan və Azərbaycan həmkarlarına bu faciənin araşdırılması üzrə əməkdaşlığa tam və hərtərəfli hazır olduğunu bildirdi. Hadisənin bütün şərtləri diqqətlə və tam şəkildə araşdırılmalıdır", - deyə, əlavə edib.
Oxşar xəbərlər
Goranboyda müəmmalı ölüm: Gənc qızın meyiti evdən tapıldı
Goranboy rayonunda 18 yaşlı qızın meyiti yaşadığı evdə tapılıb. BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Sarov kəndində qeydə alınıb. Belə ki,...