Rusiya məhkəməsi Ukrayna ordusunda vuruşmuş Azərbaycan vətəndaşını 14 il müddətinə azadlıqdan məhrum edib

Rusiya məhkəməsi Ukrayna ordusunda vuruşmuş Azərbaycan vətəndaşını 14 il müddətinə azadlıqdan məhrum edib
Hadisə 84

Rusiya məhkəməsi Ukrayna Silahlı Qüvvələrinin tərəfində vuruşan Azərbaycan, Belçika və İsveçdən olan muzdlular barədə hökm çıxarıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Həsən Anar oğlu Məmmədov, Maksim Rocer Henri Barat və Tobias Enqvist müharibə və digər cinayətlər törətməkdə ittiham olunaraq 14 il müddətinə azadlıqdan məhrum ediliblər.

Son xəbərlər