Elşad Xose uzun müddətdən sonra həyat yoldaşı ilə
Məşhur reper Elşad Xose uzun müddətdən sonra həyat yoldaşı ilə görüntülənib.
BAKU.WS xəbər verir ki, sənətçi tədbirlərdən birində "İncə səhər" verilişinin obyektivinə tuş gəlib.
Reper əvvəl baş tutacaq konsertindən danışıb. Daha sonra isə şəxsi həyatı ilə bağlı verilən sualları cavablayıb.
Xose yeni ev aldığını qeyd edib. Reper sosial şəbəkələrdə elə də çox görünmədiyini vurğulayıb.
Xatırladaq ki, Xose 2021-ci ilin dekabrın 21-də nikah məclisi təşkil edərək xanımı ilə həyat yollarını birləşdirib.
Bu, Elşad Xosenin ikinci evliliyidir. O, 2012-ci ildə rəqqasə Oksana Rəsulova ilə ailə həyatı qurub. Cütlük 6 ay sonra boşanıb.
Ətraflı videoda:
Oxşar xəbərlər
Rihannadan ŞOK ETİRAF: "Həyat yoldaşımı sevərək evlənmədim!"
Dünyaca məşhur müğənni Rihanna şəxsi həyatı və münasibətləri ilə bağlı diqqətçəkən açıqlamalar verib. BAKU.WS xəbər verir ki, ulduz, həyat yoldaşına qarşı hiss...