Əvvəlcə burnunu yedi, sonra barmaqlarını, daha sonra qaynanasına...

Əvvəlcə burnunu yedi, sonra barmaqlarını, daha sonra qaynanasına...
Hadisə 278

Hindistanın Qərbi Benqaliya ştatının Şantipur şəhərində dəhşətli hadisə baş verib. Bapan Şeyx adlı şəxs 9 ildir evli olduğu həyat yoldaşı Madhu Hatunun burnunu dişləyib və onu udub.

BAKU.WS xəbər verir ki, bu barədə ETV Bharat məlumat yayıb.

Məlumata görə, hadisə 2 may gecəsi baş verib. Qısqanclıq səbəbindən arvadına hücum edən Şeyx əvvəllər də tez-tez onun gözəlliyindən, xüsusən burnunun nə qədər gözəl olduğundan bəhs edir və zarafatla "sənin burnun o qədər gözəldir ki, yeyərəm" deyirmiş. Lakin bu dəfə zarafat gerçək olub. Belə ki, Şeyx yatmış arvadına hücum edib, burnunu dişləyib və udub. Qadın kəskin ağrı ilə oyandıqda, o, ərindən müdafiə olunmağa çalışıb, lakin kişi bu dəfə də onun barmaqlarını dişləməyə başlayıb.

Qadının çığırtıları valideynlərini oyadıb. Anası ona kömək etməyə çalışsa da, Bapan Şeyx qayınanasını da döyüb. Buna baxmayaraq, hər iki qadın evdən qaçaraq xilas ola bilib.

Madhu Hatun deyib: "Ərim içəndə tez-tez üzümə və burnuma heyranlıqla baxırdı. Deyirdi ki, burnumu yeyəcək. Nəhayət, bu dediyini etdi. Hətta üzümə asit tökəcəyini də deyirdi."

Polis hadisədən sonra Bapan Şeyxi həbs edib və o, 5 may tarixində məhkəməyə çıxarılıb.

Qeyd edək ki, daha əvvəl də Hindistanda bir kişinin yatmış partnyorunun ayağından bir parça kəsərək yediyi və cibindən qadına məxsus dəri parçası tapıldığı bildirilmişdi.

Son xəbərlər