"Roşka" ləqəbli tiktokerin həbs müddəti uzadıldı
04
iyn
2025
13:03
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Polis tərəfindən saxlanılan "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Nəsimi rayon Məhkəməsində hakim Günay Abdinovanın sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, tiktokerin həbs müddəti 2 ay müddətinə uzadılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...