"Rosh life" ləqəbli tiktoker ev dustaqlığına buraxıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Həbsdə olan daha bir tiktoker ev dustaqlığına buraxılıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində "Rosh life" ləqəbli tiktoker Rövşən Təhməzovun barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb. Vəsatət təmin edilib və onun barəsində olan həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə dəyişdirilib və o, məhkəmə zalından azad edilib.
Qeyd edək ki, ötən ilin dekabr ayında Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində Azər Zahid və digər şəxslərə qarşı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, internetdə onlayn qumar oyunları təşkil etmə maddələri ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə təqsirli bilinən Azər Zahid və onun köməkçisi Rövşən Təhməzov, Emin və Rəşad Abdullayev qardaşları həbs ediliblər.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....