Əri tərəfindən başı kəsilən gəlin dəfn edildi: 2 azyaşlı uşağı... - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün Biləcəri qəsəbəsində Aysel Cəlilovanın boğazının kəsilməsi ilə nəticələnən qətl mərhumun telefonuna gələn naməlum zəng səbəbindən törədilib.
BAKU.WS xəbər verir ki, bunu həmin ərazidə yaşayan sakinlər bildiriblər.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi başlanıb. Bakı şəhər sakini İsrail Cəlilov Biləcəri qəsəbəsində keçmiş həyat yoldaşı ilə barışmaq üçün onun yaşadığı ata evinə gəlib. Bu zaman keçmiş arvadının telefonuna naməlum zəng gəlib və bu səbəbdən də onlar arasında mübahisə baş verib. Qəzəbli halda olan ər Aysel Cəlilovanı hamam otağına çağırıb və orada bıçaqla boğazını kəsərək öldürüb. Məlumata görə, cütlük iki ay əvvəl boşanıbmış.
Əri tərəfindən boğazı kəsilən 22 yaşlı Aysel Cəlilova bu gün dəfn olunub. İstiPress-in hadisə yerində olan əməkdaşı xəbər verir ki, bir az əvvəl onun nəşi yaşadığı Binəqədi rayonunun Biləcəri qəsəbəsi, Xurşudbanu Natəvan küçəsi, 3 saylı evdən Biləcəri qəbiristanlığına aparılıb. Ailənin 1 və 3 yaşlarında iki azyaşlı uşağı var.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda dəhşət, ər arvadının başını hamamda kəsdi
Bakıda dəhşətli qətl hadisəsi baş verib. BAKU.WS Trend-ə istinadən verdiyi məlumata görə, hadisə martın 29-da gecə saat 23:00 radələrində paytaxtın Binəqədi r...