Rəssamlıq akademiyasında yağış suları tavandan belə axır
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gündən başlayan intensiv yağışlar nəticəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) binasında da problem yaşanıb.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat veriblər.
Bildirilib ki, akademiyanın dəhlizində yağış suları tavandan axmağa başlayıb.
Həmin görüntüləri təqdim edirik.
Məsələ ilə əlaqədar akademiya ilə əlaqə yaratdıq. ADRA-dan BAKU.WS-ə bildirildi ki, indiyə qədər belə hal baş verməmişdi.
"Bu gunkü halla bağlı araşdırma aparılacaq. Baş verənlərin səbəbi araşdırmalardan sonra açıqlanacaq", - deyə bildirilib.
Ziya SƏCCAD
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....