Reanimasiyaya yerləşdirilən bloger Asyanın səhhəti necədir? - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bir neçə gün əvvəl qanına infeksiya keçdiyi üçün reanimasiyaya yerləşdirilən bloger Asya Aslanovanın (AsyaFuad) səhhətində irəliləyiş var.
BAKU.WS xəbər verir ki, bu barədə Asyanın bloger dostlarından biri Fatimə bildirib.
O video paylaşaraq Asyanın artıq yavaş-yavaş sağaldığını və reanimasiyadan çıxarılacağını qeyd edib:
“İki gün əvvəl bu hal yaşandı. Amma artıq Asyanı aparatdan ayırıblar. Vəziyyətçi çox yaxşıdır. Analizlərinin cavabı müsbətə doğru gedir. Artıq heç bir problem gözlənilmir. Onu reanimasiyadan çıxaracaqlar”.
Xatırladaq ki, dekabrın 16-da Bloger Asya Aslanova (AsyaFuad) ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Blogerin səhhəti dişini müalicə etdirəndən sonra pisləşib. Belə ki, o ağıl dişini çəkdirərkən narkozda olub və qanına infeksiya keçib.
Oxşar xəbərlər
Reanimasiyaya yerləşdirilən bloger Asyanın SON VƏZİYYƏTİ AÇIQLANDI - FOTO/VİDEO - YENİLƏNİB
Bloger Asya Aslanovanın (AsyaFuad) son vəziyyəti açıqlanıb. BAKU.WS xəbər verir ki, bloger Fatimə Asyanın vəziyyətinin artıq normal olduğunu qeyd edib: "Şükür,...