Rayonlarda bundan hasar çəkirlər - Azərbaycanda kolbasadan dəmir çıxdı
Marketlərdən birindən alınan "Halal Zəhmət" firmasının kolbasadan dəmir parçası çıxıb.
BAKU.WS xəbər verir ki, bu barədə aparıcı Nübar Əbil sosial şəbəkə hesabında paylaşım edib.
"Rayonlarda bu kimi dəmir parçalarından hasar çəkirlər ki, mal-qara daxil olmasın bağçaya.
Kolbasada nə işə yarayır deyə bilərsiniz", - deyə aparıcının paylaşımında qeyd olub.
Şikayətçi isə öz növbəsində alıcılara xəbərdarlıq edib:
"Görün bizim kolbasalar hansı şəraitdə, necə iyrənc vəziyyətdə ərsəyə gəlir. Bu kolbasanın artıq yarısı yeyilib, bu məsələyə görə "Halal Zəhmət" firması heç məsuliyyət daşıyırmı kolbasanın içindən dəmir parçası çıxdı".
Hadisə ilə əlaqədar AQTA-nın mətbuat katibi İlkin Kərimov bildirib ki, yayılan görüntü AQTA tərəfindən nəzarətə götürüləcək.
"Məsələ qanunvericiliyə uyğun olaraq araşdırılacaq. Araşdırmaların nəticəsi barədə ətraflı məlumat veriləcək. İstehlakçılardan xahiş olunur ki, qida sahəsində hər hansı bir uyğunsuzluqla rastlaşdıqda araşdırılıb müvafiq tədbirlərin görülməsi üçün mütləq şəkildə AQTA-nın "1003" qaynar xəttinə məlumat versinlər".
Sözügedən kadrları təqdim edirik:
Oxşar xəbərlər
Güzəştli mənzillərlə bağlı narazılıq - SAYT DONDU
Bu gün saat 11:00-dan satışa çıxarılan Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) güzəştli mənzilləri ilə bağlı yenidən narazılıq yaranıb. Bu barədə BAKU.WS-ə m...