İranlının avtomatını Bakıya gətirən şəxs tutuldu - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Qobustanda üzərində qanunsuz odlu silah gəzdirən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Bakı şəhər sakini, əvvəllər də məhkum olunmuş Baba Sadıqov şübhəli şəxs qismində polis əməkdaşları tərəfindən saxlanılıb. Onun sərnişin qismində olduğu avtomobilə baxış keçirilən zaman “Kalaşnikov” markalı avtomat, 40 ədəd patron və 1 ədəd daraq aşkar edilərək götürülüb.
Araşdırma zamanı saxlanılan şəxsin sosial şəbəkədə tanış olduğu İran vətəndaşı tərəfindən kuryerliyə cəlb edildiyi müəyyən olunub. Belə ki, Baba Sadıqov da ifadəsində pul qarşılığında həmin silah-sursatı Qobustan rayonundan Bakı şəhərinə aparmağa razılaşdığını bildirib.
Qalereya
Oxşar xəbərlər
Bakıda silahlı şəxslər TUTULDU - İstintaq çəkilişindən GÖRÜNTÜLƏR (VİDEO)
Bakıda Sabunçu və Səbail polisi üzərində silah gəzdirən şəxsləri saxlayıb. Onlardan birinın üzərindən ''naqan'', digərlərindən isə avtomat aşkar edilərək götürü...