İran sərhədçiləri sərhədi pozmağa cəhd edən Azərbaycan vətəndaşını GÜLLƏLƏDİLƏR
Yeniliklərdən dərhal xəbərdar olun
May ayının 16-da İran İslam Respublikasının sərhəd nümayəndəliyi xətti ilə Azərbaycan Respublikasının vətəndaşı Musayev Mircavad Mircəlal oğlunun İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən İİR sərhədçiləri tərəfindən silahın tətbiqi nəticəsində həyatını itirməsi barədə məlumat daxil olub.
BAKU.WS-in məlumatına görə, DSX-dan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, mayın 18-də mərhumun cənazəsi prokurorluq orqanlarının nümayəndəsinin iştirakı ilə rəsmi qaydada qəbul edilərək ailə üzvlərinə təhvil verilib.
Baş vermiş hadisənin araşdırılması və nəticələri barədə məlumat verilməsinə dair İİR tərəfinə müvafiq sorğu göndərilib.
Oxşar xəbərlər
Narkotik qaçaqmalçıları Azərbaycan sərhədçilərinə atəş açdı - FOTO
Dövlət Sərhəd Xidmətinin (DSX) “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin əməkdaşları tərəfindən ümumi çəkisi 106 kiloqram 495 qram narkotik vasitəyə bənzər mad...