Qızını qaçıran qudasını evə qonaq etdi, bıçaqladı - Azərbaycanda
Gədəbəydə Şəmkir sakinini bıçaqlayan şəxs saxlanılıb.
BAKU.WS report-a istinadən bildirir ki, Şəmkir sakini, 1966-cı il təvəllüdlü Sahib Dəmir oğlu Əliyevi bıçaqlayan şəxs onun qudası, Gədəbəy rayon sakini Samir Ayaz oğlu Kazımov olub.
Əldə olunan məlumata görə, S.Əliyevin oğlu bir müddət əvvəl evlənmək məqsədilə S.Kazımovun qızını qaçırıb. Uzun müddətdir Rusiyada işləyən S.Kazımov isə bir-iki gün əvvəl yaşadığı Arıxdam kəndinə qayıdıb. O, evlərində qonaq etdiyi qudası S.Əliyev ilə mübahisə edib və bıçaqla qohumuna ağır xəsarət yetirib. S.Kazımov hadisə yerindən qaçıb. O, Rusiya Federasiyasına getmək istəyən zaman Qazax rayon "Sınıq Körpü" gömrük keçid məntəqəsində polis əməkdaşları tərəfindən saxlanılıb.
S.Kazımov barəsində Gədəbəy rayon Polis şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda dustaq məhkəmə zalından qaçıb
Azərbaycanda dustaq məhkəmə zalından qaçıb. "Report"un əldə etdiyi məlumata görə, hadisə Şəmkir rayonunda baş verib. Belə ki, Şəmkir Rayon Məhkəməsində mühak...