Azərbaycanda dustaq məhkəmə zalından qaçıb

Azərbaycanda dustaq məhkəmə zalından qaçıb
Hadisə 3190

Azərbaycanda dustaq məhkəmə zalından qaçıb.

"Report"un əldə etdiyi məlumata görə, hadisə Şəmkir rayonunda baş verib. 

Belə ki, Şəmkir Rayon Məhkəməsində mühakimə olunan Eşqin Murtuzov məhkəmə zalının pəncərəsindən çıxaraq qaçıb. Qəsdən adam öldürməkdə və digər cinayətlərdə təqsirləndirilən E.Murtuzovun tutulması istiqamətində tədbirlər görülür. 

Qeyd edək ki, Şəmkir rayon Seyfəli kənd sakini, 1996-cı il təvəllüdlü E.Murtuzov bu ilin yanvarın 17-də həbs olunub. O, Şəmkir rayonunun Seyfəli kəndi ərazisində Gəncə şəhər sakini, 1958-ci il təvəllüdlü sürücü Namiq Əli oğlu Babayevi bıçaqlayaraq ona məxsus avtomobili qaçırıb. Namiq Babayev hadisədən iki gün sonra yerləşdirildiyi xəstəxanada ölüb.

E.Murtuzov Gürcüstana keçmək istəyərkən "Sınıq Körpü" sərhəd-buraxılış məntəqəsində saxlanılıb.

Qaçırılan "VAZ-2107" markalı avtomobil Şəmkir rayon Seyfəli kənd sakini, maşın ustası Kamal Kərimovda aşkarlanıb. Polisə ifadə verən K.Kərimov isə maşını həmkəndlisi E.Murtuzovdan aldığını bildirib.

BAKU.WS

Son xəbərlər