Qusarda qazi narkotikin təsiri altında avtomobil idarə etdiyinə görə saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Qazi Qusarda narkotikin təsiri altında avtomobil idarə etdiyinə görə saxlanılıb.
BAKU.WS xəbər verir ki, Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı "Volkswagen" markalı nəqliyyat vasitəsinin sürücüsü, 2-ci Qarabağ müharibəsi iştirakçısı 28 yaşlı Rəfael Fərmanov yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə saxlanılıb.
Müayinə zamanı həmin şəxsin narkotik vasitənin təsiri altında olduğu məlum olub.
R.Fərmanovun barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.
Oxşar xəbərlər
Abşeronda kişi borc aldığı arvadını bıçaqladı
Abşeron rayonunda kişi borc aldığı arvadını bıçaqlayıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Abşeron rayonunun Saray qəsəbəsində baş verib. Qəsəbə...