Qusarda avtoqəza 850 abonenti qazsız qoyub - FOTO
16
fev
2021
23:34
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Fevralın 16-sı axşam saatlarında Qusar rayonunun N.Həbibov, Tolstoy və daha bir neçə küçəsini, eləcə də Mərkəzi Xəstəxananı təbii qazla təmin edən, diametri 159 mm olan qaz xəttinin üzərinə minik avtomobili aşıb. Nəticədə 850 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Azəriqaz" İB-in mətbuat xidmətinin rəhbəri Ceyhun Səfər bildirib.
Onun sözlərinə görə, hadisə yerində araşdırma aparılır və müvafiq prosedurlar icra olunur. Fevralın 17-də səhər saatlarında qaz təchizatı bərpa olunacaq.
Qalereya
Oxşar xəbərlər
Yardımlıda 104 abonent qazsız qalıb
Avqustun 13-də axşam saatlarında Yardımlı rayonunun Gavran kəndini təbii qazla təmin edən diametri 219 mm olan ortatəzyiqli qaz xətti zədələnib. "Azəriqaz” İste...