Qusarda ağac kəsintisinə görə direktor işdən çıxarıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Qusar rayonunun dövlət sərhəd zonasında yerləşən Nəcəfkənd-Qələnxur ərazisində ağacların kəsilməsi faktı ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən aparılan araşdırma nəticəsində təqsirkar şəxslər müəyyən edilib.
BAKU.WS xəbər verir ki, Xidmətin rəisi Hikmət Əlizadə "Report"a bildirib ki, araşdırma zamanı onların Qusar rayonunun Nəcəfkənd kənd sakinləri - Zahir Dügüşov, Nazim Buxsayev, Kamran Canağayev və Həzrə kənd sakini Ruslan Cəfərov olduğu məlum olub.
Onun sözlərinə görə, faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və hər biri 2 000 manat məbləğində cərimə olunub: “Eyni zamanda ağacların kəsilməsində təqsirkar olan digər şəxslərin müəyyən olunması üçün hüquq-mühafizə orqanlarına müraciət edilib”.
Xidmət rəsmisi qeyd edib ki, ərazidə mühafizə işlərini zəif təşkil etdiyinə görə Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Vüqar Sultanov isə tutduğu vəzifədən azad olunub.
Hazırda araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Məmurun rəhbərlik etdiyi cinayətkar dəstənin tutulması ilə bağlı AÇIQLAMA - ƏMƏLİYYAT VİDEOsu
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Qəbələdə meşə gözətçilərinin həbsi ilə bağlı məsələyə münasibət bildirib....