Qusar xəstəxanasının direktoru kəskin ürəktutmasından vəfat edib - YENİLƏNİB
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Qusar Rayon Mərkəzi Xəstəxanasının direktorunun ölümü ilə bağlı məlumat yayıb.
TƏBİB-dən BAKU.WS-ə verilən xəbərə görə, TƏBİB-in tabeliyindəki Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru Kamran Paşayev 31.08.2023-cü il tarixində axşam saatlarında kəskin ürəktutmasından vəfat edib.
O, 31.08.2023-cü il tarixində saat 18:25 radələrində Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Aparılan bütün reanimasiyon tədbirlərə baxmayaraq, saat 20:50 radələrində bioloji ölüm qeydə alınıb.
Qeyd edək ki, Kamran Rafiq oğlu Paşayev 27.05.1970-ci il tarixində Quba şəhərində anadan olub. 1976-cı ildən 1987-ci ilədək Qubada 3 saylı orta məktəbdə təhsil alıb.1988-1994-cü illərdə Rusiya Federasiyasının Hərbi Tibb Akademiyasında təhsil alıb və oranı fərqlənmə ilə bitirib.
1994-1999-cu illərdə Rusiyada həkim-cərrah kimi fəaliyyət göstərib.1999-cu ildə Azərbaycana qayıdıb və 2010-cu ilə qədər Quba Rayon Mərkəzi Xəstəxanasında həkim-cərrah kimi fəaliyyət göstərib. 2010-cu ildən 2021-ci ilə qədər sözügedən tibb müəssisəsinin Cərrahiyyə şöbəsinin müdiri kimi çalışıb.
2021-ci ildən etibarən Qusar Rayon Mərkəzi Xəstəxanasında direktorun səlahiyyətlərini icra edib. 6 iyul 2022-ci il tarixindən etibarən Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru təyin olunub.
*** 31.08.2023 23:05
Qusar Mərkəzi Rayon Xəstəxanasının baş həkimi dünyasını dəyişib.
BAKU.WS APA-ya istinadən bildirir ki, 53 yaşlı Paşayev Kamran Rafiq oğlu bu gün ürəktutmasından qəfil dünyasını dəyişib.
Hadisəninin təfərrüatları araşdırılır.
Oxşar xəbərlər
Azərbaycanda sevgi faciəsi: Bütün kənd onu öldürməyə yığışmışdı - əmisi gəlinini... - FOTO
2018-ci il oktyabrın 22-də Daxili İşlər Nazirliyinin "102" xidmətinə Qubanın Tülər kəndi ərazisində üzərində xəsarətləri olan kişi meyitinin tapılması barədə mə...