Qurban bayramından sonra Bakıda qorxulu mənzərə: Üfunət iyi, qan... (VİDEO)
04
sen
2017
12:22
Qurban bayramı başa çatsa da Bakının bəzi küçələrində, daha doğrusu qurbanlı heyvanların satıldığı və kəsildiyi yerlərdə vəziyyət bərbad olaraq qalır. BAKU.WS-in əməkdaşı Bakının Yasamal rayonunda Abbas Mirzə Şərifzadə küçəsində qarşılaşdığı mənzərə ondan xəbər verir ki, həmin ərazidə qoyunlar satılıb, kəsilib, amma heç bir təmizlik işləri aparılmayıb. Maraqlı məqam budur ki, sözgedən antisanitar vəziyyət Akademik Mirqasımov adına Respublika Kilinik Xəstəxanasının düz yanındadır. Ərazidə asfaltın üzəri qanla örtülüb, üfunət iyi gəlir, hətta heyvanı kəsərkən qanı divara sıçrayıb. Həmin görüntüləri sizə təqdim edirik. TuncayBAKU.WS
Oxşar xəbərlər
Bakıda Qurbanlıq heyvanların qiyməti - VİDEOREPORTAJ
Müqəddəs Qurban bayramı ilə əlaqədar qurbanlıq heyvanların satış yarmarkalarından əlavə paytaxtın Yasamal rayonunda fərdi ət-kəsim məntəqələrində qurbanlıq qoyu...