Qubada transformator yanğına səbəb oldu - FOTO

Qubada transformator yanğına səbəb oldu - FOTO
Foto
Hadisə 32

Quba rayonunun Vəlvələ kəndi ərazisində yanğın baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə zamanı kənd sakini Əli Balakişiyevə məxsus biçilmiş əkin sahəsi və kolluqlar yanıb. İlkin məlumata görə, yaxınlığında yerləşən transformatordan çıxan qığılcım yanğının yaranmasına səbəb olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğın məhdudlaşdırılıb və ətrafdakı bağ sahələri mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər