Qubada sürücü və sərnişinin seldən xilas edilmə anı - VİDEO

Qubada sürücü və sərnişinin seldən xilas edilmə anı - VİDEO
Video
Hadisə 101

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Quba rayonunun Mirzəməmməd kəndində yol-qəza hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Quba Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1948-ci il təvəllüdlü Mavik Ağakərimova məxsus “Hyundai Santafe” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı dərinliyi təxminən 6 metr olan suvarma kanalına düşüb və avtomobilin içərisində köməksiz vəziyyətdə qalmış 2 nəfərin həyatı təhlükə altındadır.

Yanğınsöndürən-xilasedicilər müvafiq xilasetmə vasitələrindən istifadə etməklə sürücü Mavik Ağakərimov və sərnişini 1953-cü il təvəllüdlü Leyla Ağakərimovanı avtomobildən çıxarıb xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər