Qubada qanunsuz tikili sökülüb
Quba rayonun Pirvahid kəndi ərazisində qanunsuz tikili sökülüb.
BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb
Bildirilib ki, Quba Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Pirvahid kəndi ərazisində vətəndaş Ehtiram Şirinov tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə FHN-ə müraciət edilib.
Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti və Quba Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.
Qalereya
Oxşar xəbərlər
Kürdəmir sakini bədbəxt hadisə nəticəsində ölüb
Kürdəmirdə bədbəxt hadisə baş verib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, rayonun Sığırlı kənd sakini, 1983-cü il təvəllüdlü Ramal Məmmədov yaşadığı evin hə...