Qubada narkotik satışına görə 2 nəfər həbs edilib

Qubada narkotik satışına görə 2 nəfər həbs edilib
Hadisə 71

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən rayon sakinləri Orxan Ərəbov və Mirmehdi Misirxanov saxlanılıb.

Həmin şəxslərin üzərlərinə, eləcə də yaşadıqları evlərə baxış keçirilən zaman psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər