Qubada modul tipli məktəb yandı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün gecə saatlarında Qubanın Zıxır kəndində modul tipli məktəbdə yanğın baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, baş verən hadisə nəticəsində 2019-cu ildə istifadəyə verilən modul tipli məktəb yanaraq yararsız vəziyyətə düşüb. Yanğın nəticəsində xəsarət alan olmayıb.
İlkin ehtimala görə, yanğın qısaqapanma səbəbindən baş verib.
Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev bildirib ki, 80 yerlik Zıxır kənd ümumi orta məktəbində 26 şagird təhsil alır. Yanğınla əlaqədar şagirdlər təhsilini köhnə məktəb binasında davam etdirəcək. Həmin məktəb binası artıq odun yanacağı ilə təmin olunub.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda qayınata gəlininə təcavüz etdi: "Zorla taxtın üzərinə oturdub..." - TƏFƏRRÜAT
Balakən rayonunda 1961-ci il təvəllüdlü Teymur Borboşov 2003-cü il təvəllüdlü gəlini Leylaya (ad şərti verilib - red.) təcavüz edib. BAKU.WS “teleqraf.com”a ist...