Qubada ər-arvadın ölümü ilə bağlı cinayət işi başlanılıb
Qubada ər-arvadın ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Bu barədə BAKU.WS-ə Quba rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, martın 18-də Quba rayonu Zizik kəndində 1966-cı il təvəllüdlü Ceyhun Ağasiyev və 1970-ci il təvəllüdlü Gülgəz Ağasiyevanın ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla Ceyhun Ağasiyevin Gülgəz Ağasiyevanı qəsdən öldürdükdən sonra intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.
Oxşar xəbərlər
Son bir həftədə yaşıllıqlara 43 min manatdan çox ziyan vurulub
Son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Şirvan şəhəri və İsmayıllı, Lənkəran, Xocavənd rayonlarında yaşıllıqların qanunsuz kəsilməsi faktları...