Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən alimə hökm oxunub

İqtisadçı Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə tutularaq ölkəyə gətirilən azərbaycanlı alim Fazil Qasımovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
"Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, o, 9 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, F.Qasımov 2023-cü ilin avqust ayında Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib.
Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
İstintaqın sonunda Fazil Qasımovun işi Qubad İbadoğlunun işindən ayrılıb.
Q.İbadoğlunun işi ayrıca icraata götürülüb.
Bir sıra KİV-də yayılan məlumatlara görə, o, FETÖ terror təşkilatına işləməkdə təqsirləndirilir.
Oxşar xəbərlər
9 mərtəbəli binada lift problemi - ŞİKAYƏT
Bakının Xətai rayonu, Babək prospekti 90 ünvanında yaşayan sakinlər narazıdır. Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, həmin bi...
