Qəssabı yolda bıçaqlayıb, 2500 manatını apardılar - VİDEO

Qəssabı yolda bıçaqlayıb, 2500 manatını apardılar - VİDEO
Video
Hadisə 1397

  

Xətai rayonunun NZS qəsəbəsi ərazisində qanlı olay baş verib.

ARB TV xəbər verir ki, işlədiyi ət dükanından çıxıb yaşadığı evə gedən 41 yaşlı Bəxtiyar Rəsulov naməlum şəxs tərəfindən bıçaqlanıb.

Xəstəxanaya gətirilən yaralıya tibbi yardım göstərilib. Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən dindirilən Rəsulovun sözlərinə görə, hadisə zamanı üzərində 2500 manat pul olub. Qarşısını kəsən tanımadığı şəxs onu bıçaqlayandan sonra həmin pulu da götürərək ərazidən qaçıb. Hadisəni törədənin kimliyi aparılan əməliyyat axtarış tədbirlərindən sonra məlum olacaq.

Fakt araşdırılır.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda silahlı insident: Qapının gözlüyünə saqqız yapışdırdı, sonra atəş açdı

Bakıda silahlı insident: Qapının gözlüyünə saqqız yapışdırdı, sonra atəş açdı

Bakıda silahlı insident olub. APA-nın məlumatına görə, hadisə ötən gecə Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1974-cü il təvəllüdlü...

3463 Hadisə 11:32 21 oktyabr 2016

Son xəbərlər