Qoyun otarmağa gedən çobanın meyiti tapıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Gədəbəydə çobanın meyiti tapılıb.
BAKU.WS Lent.az-a istinadla xəbər verir ki, rayonun Qarabulaq kənd sakini 51 yaşlı Rzayev Ziyad Abbasəli oğlu mayın 4-ü səhər saatlarında özünün və digər kəndlilərin qoyun-keçilərini otarmaq üçün Zəhmət kəndindəki örüş sahəsinə yollanıb.
Ancaq onun axşam saat 20 radələrinə qədər evə qayıtmaması ailə üzvlərini şübhəyə salıb. Onun axtarışına çıxan ailə üzvləri və kənd sakinləri Z.Rzayevin meyitini elə qoyun otardığı örüş sahəsində aşkar ediblər.
Mərhumun son zamanlar ürək ağrılarından şikayət etdiyi bildirilir.
Hazırda faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Kirayə evə qadın gətirdi, ev sahibi polisə xəbər verdi və... - Dəhşətli qətlin təfərrüatı
Zaqatala rayonunda 2011-ci il fevralın 24-də öldürülmüş 1950-ci il təvəllüdlü Seyran Əyyubovanın qətlinin üstü 9 il sonra açılıb. BAKU.WS “teleqraf.com”a istina...