Qonşusunun evindən oğurluq edən şəxs saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Yardımlı rayonunda qonşusunun evindən oğurluq edən şəxs saxlanılıb.
Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Belə ki, Yardımlı rayonu ərazisindəki evlərdən birindən 1159 manat dəyərində məişət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.
Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində faktı törətməkdə şübhəli bilinən Yardımlı rayon sakini D.Kazımov müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun gecə saatlarında, sahibinin evdə olmamasından istifadə edərək həmin evə daxil olduğu və oğurladığı məişət əşyalarını Bakı şəhəri ərazisinə apararaq orada satdığı müəyyən edilib.
Faktla bağlı Yardımlı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxşar xəbərlər
“Duşla seyfi sulayırdım ki, içindəki pullar yanmasın” - Bakıda film kimi hadisə
Bakıda evdən külli miqdarda pul və qızıl oğurlamış şəxslərin məhkəməsi başa çatıb. BAKU.WS xəbər verir ki, qafqazinfo-nun əldə etdiyi məlumata görə, Yasamal ray...