Qonaq getdiyi evdə qanına qəltan etdi

Qonaq getdiyi evdə qanına qəltan etdi
Hadisə 151

Balakəndə qohumlar arasında insident baş verib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Mahamalar kəndində qeydə alınıb.

1984-cü il təvəllüdlü Arzuman Heydərov evinə qonaq getdiyi qohumu - 1989-cu il təvəllüdlü Xəlil Xəlilova dörd bıçaq zərbəsi vurub.

A.Heydərov hadisəni törədən zaman sərxoş olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov oxu.az-a açıqlamasında bildirib ki, hadisəni törədən X.Xəlilov saxlanılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər