"Qoç ət"də qadının ölümü ilə bağlı cinayət işi başlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
"Qoç ət" KFT MMC-də qadının ölümü ilə bağlı cinayət işi başlanılıb.
BAKU.WS Report-a istinadla xəbər verir ki, hadisə dekabrın 28-də şirkətin paytaxtın Qaradağ rayonu, Lökbatan-Puta yolunda yerləşən kəsim sexində qeydə alınıb.
Belə ki, həmin sexdə xadimə işləyən Pirməmmədova Rəqsanə Azad qızı elektrik ət qarışdırıcı qurğunu təmizləyən zaman onun hərəkətə gəlməsi nəticəsində hissələrinin arasında qalıb. Daha sonra qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məclləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Oxşar xəbərlər
Çörək zavodundakı dəhşətin YENİ TƏFƏRRÜATI: İşə yeni başlamışdı, rəfiqəsi ölümünə səbəb oldu
Bir neçə gün əvvəl ölkə ictimaiyyəti çörək zavodunda fəhlə işləyən qadının faciəli şəkildə ölüm xəbərinə sarsıldı. Dəhşətli hadisə yanvarın 7-si saat 16 radələr...