“Qoca”nın qaçmasına kömək edən Günay Atakişiyeva danışdı
31
okt
2017
20:14
"Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədovun həbsxanadan qaçmağına kömək etməkdə təqsirləndirilərək saxlanılan Günay Atakişiyeva barəsində bəzi detallar məlum olub. BAKU.WS xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Sumqayıt şəhər sakini və evdar qadın olan Günay Atakişiyeva könüllü olaraq "Qoca”nın qaçmağını təşkil edib. O, Nəsimi rayon Məhkəməsində özünü təqsirli bildiyini deyib.Təxminən 30 yaşlı subay qadın "Qoca”nı əvvəldən tanıdığını deyib. O bildirib ki, bu əməlini pul və ya hər hansı başqa qarşılıq müqabilində yox, sadəcə tanışı Etibara kömək etmək istədiyi üçün edib.G.Atakişiyeva hazırda "Qoca”nın yerini bilmədiyini deyib: "Bizi tutub gətirdilər, o da qaçıb getdi. Sonra da mənimlə əlaqə saxlamayıb”.G.Atakişiyeva barəsindəki həbs qətimkan tədbiri qərarından apellyasiya şikayəti verməyəcəyini bildirib.Qeyd edək ki, Günay Atakişiyeva taksi tutaraq "Qoca”nı Qazaxda sərhəddən keçirtməyə cəhd edib. Rayon ərazisində maşınların yoxlanılması zamanı E.Məmmədov düşüb qaçıb, o isə ələ keçib.BAKU.WS
Oxşar xəbərlər
Məhbusların qaçmasına yardım edən taksi sürücüsü həbs olunub
Məhbusların qaçmasına görə daha bir nəfər həbs edilib.APA-nın xəbərinə görə, tutulan şəxs Hacıyev Məhəmməd Famil oğludur.Nəsimi Rayon Məhkəməsində hakim Pərviz...