Qobustanda İran vətəndaşından satmaq üçün narkotik alan şəxslər tutulub
Yeniliklərdən dərhal xəbərdar olun
Qobustanda 3 kiloqram narkotik vasitə aşkarlanıb.
BAKU.WS DİN-ə istinadən xəbər verir ki, Qobustan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş 37 yaşlı Xaqani İbişov və 27 yaşlı Rəşad Quliyev saxlanılıblar.
Onlardan 3 kiloqram narkotik vasitə aşkarlanıb.
Araşdırmalarla saxlanılan şəxslərin narkotik vasitələri İran vətəndaşından satış məqsədilə əldə etdikləri məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Abşeronda kişi borc aldığı arvadını bıçaqladı
Abşeron rayonunda kişi borc aldığı arvadını bıçaqlayıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Abşeron rayonunun Saray qəsəbəsində baş verib. Qəsəbə...