Qobustanda insan sümükləri aşkarlanıb
19
noy
2021
15:37
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Noyabrın 19-u saat 10 radələrində Qobustan rayonu Dərəkənd kəndi ərazisində insan skeleti sümüklərinin aşkar edilməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Qobustan rayon prokurorluğundan "Report"a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və insan skeleti sümüklərinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda meyitin şəxsiyyətinin və ölüm səbəbinin müəyyən edilməsi istiqamətində rayon prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Bələdiyyə sədrinin ölümünün səbəbləri araşdırılır - Prokurorluq
İsmayıllı rayon prokurorluğu rayon ərazisində meyit tapılması barədə yayılan məlumatlarla bağlı açıqlama yayıb. Prokurorluqdan BAKU.WS-ə verilən məlumatda bildi...