Qənirə Paşayevadan pis xəbər - FOTO

28
noy
2018
16:17
Millət vəkili Qənirə Paşayeva Türkiyədə əməliyyat olunub. BAKU.WS xəbər verir ki, bu barədə deputatın rəfiqəsi Aybəniz Haşımova məlumat verib.Əməkdar artist üzüntüsünü belə ifadə edib: "Mən bilmirəm axı ona necə xahiş edim ki, özünü qorusun. Bir dəqiqəsi belə boş olanda onu insanlara xərcləyən, onların dərdlərinə yanan, harayına qaçan, amma özünü bir an belə düşünməyən təvazökar, zəhmətkeş, insanpərvər bacım.Axı siz birinə bir şey olanda hamımızdan öncə qaçırsınız o adamın harayına. Niyə özünüzün canınız ağrıyanda, yaxud da əməliyyata düşəndə bizim xəbərimiz yoxdur. Onda biz yaxşı dost deyilik.Niyə sizin yanınızda olmamalıyıq, belə olmalıdır? Niyə heç bir dərdi olmayanlar vampir kimi bəzən canımızı alır. Amma çiynimizdə haqqın ola-ola, sağlamlığınızda problem olur və bundan xəbərimiz olmur.Bir daha insanlığınızın ali nümunəsini anlatdınız. Allah sizi heç vaxt dara salmasın. Siz Azərbaycana gərəksiniz. Çox üzr istəyirəm, xəbərim olmayıb. Yastığınız yüngül olsun".Zülfiyyə QurbanovaBAKU.WS

Oxşar xəbərlər
Qənirə Paşayeva - “Türkiyənin düşməni Azərbaycanın da düşmənidir”
Azərbaycanın millət vəkili Qənirə Paşayeva Türkiyənin Hatay vilayətinin Belen rayonunda Azərbaycan prospekti və Dağlıq Qarabağ parkının açılışında iştirak edib....
