Qənirə Paşayeva: "Mənə qadağa qoyurlar"
Milli Məclisin deputatı, millət vəkili Qənirə Paşayeva televiziya rəhbərlərini tənqid edib. Onun sözlərinə görə, televiziyalardakı hər hansı bir verilişi tənqid edən zaman həmin telekanallardan ona qarşı müəyyən qadağalar tətbiq edilir.
BAKU.WS xəbər verir ki, bu barədə deputat öz rəsmi "Facebook" səhifəsində bildirib. Son zamanlar ümumiyyətlə telekanallarımızı izləmədiyini bildirən millət vəkili, yayımlanan verilişləri hansı səbəbdən tənqid etməməsinə aydınlıq gətirib.
Xeyli vaxt idi ki televiziyalarımıza baxmırdım. Səbəbi çox nadir maraqlı verlişlə rastlaşmağımdır. Bir az əvvəl açdım ki bəlkə maraqlı bir şey olar. Açan kimi rayonlarımızdan birindən toy mərasimi verilirdi. 2-3 dəqiqə sonra verlişdə belə bir elan çıxdı: "Kim öz xeyir işlərini televiziyada görmək istəyirsə bizimlə əlaqə saxlasın" və bu bir neçə dəfə təkrarlanmağa başladı.
Adamlar mikrafona "xoşbəxt olsunlar, sənun üçün olsun" kimi arzularını bildirir, qızğın rəqs mərasimləri nümayiş etdirilir və.s. Televizoru söndürüb növbəti dəfə "nə yaxşı ki vaxtında getdin televiziyadan" dedim öz-özümə. Bizim vaxtların ən reytinqli verlişlərini xatırlayıb indiki ən reytinqli verlişlərlə müqayisə edəndə adamın ürəyi sıxılır.
Bir çox insanlar tez-tez "Qənirə xanım, niyə televiziyalardakı bir çox proqramlarla bağlı münasibətinizi bildirmirsiniz axı siz bu sahədən gəlibsiniz",- deyirlər. Bilmirlər ki fikrinizi deyəndə, bölüşəndə televizyaların əksəriyyətinin rəsmiləri bunu doğru qəbul etmirlər, səni düşmən elan edirlər, "onu efirə çağırmayın",-deyə göstərişlər verirlər.
Hətta eləsi var deyir Ki, Qənirə xanımın tədbirlərdən bir kadr da bizim efirdə göstərilməsin. Operator yəqin işdən çıxarılma qorxusundan televiziya anlayışı olmayan rəhbərinə deyə bilmir ki, axı rəsmi tədbirdə ümumi planı necə çəkim ki Qənirə xanım orada görünməsin. Tədbirdə də zülm çəkir, kadr çəkə bilmək üçün və sonra mənim köməkçimin yanında rəhbərinin hərəkətindən gileylənərək "vallah Qənirə xanımın üzünə baxanda utanırıq amma neyləyək",- deyir.
Mən də uşaqlara narahat olmasın mən onun vəziyyətini anlayıram və xəbərlər xidmətinə o zehniyyətdə adamın rəhbərlik etdiyi televiziyanın xəbərlərində də verlişlərində də görünməsəm yaxşıdır deyirəm. İnsanlar da deyir gəl bu cür adamlara arada televiziya barədə iradlarını söylə. Eh, nə isə... Allah böyüyən balalarımıza özü kömək olsun".
Aynur Ələkbər
BAKU.WS
Oxşar xəbərlər
Millət vəkili evindən gəlin köçürdü (VİDEO)
"Mələk üzlü Əfsanəni "Vağzalı” sədaları altında evimizdən gəlin köçürdük. İlk dəfə idi evimdən gəlin köçürürdüm. Çox duyğulu anlar yaşadıq”. BAKU.WS-in məlumat...