Qızları Türkiyədə fahişəliyə məcbur edən qadın TUTULDU

İnsan Alverində şübhəli bilinən qadın azadlıqdan məhrum edilib.
BAKU.WS xəbər verir ki, bu barədə İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən lent.az-a verilən məlumata görə, insan alveri cinayətində şübhəli bilinən Təranə Qarayevanın qadınların etibarından, köməksiz vəziyyətindən sui-istifadə edərək istismar məqsədilə Türkiyəyə aparması faktı ilə bağlı DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Qadınları cinsi İstismara məruz qoyma faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 144-1 (insan alveri) maddəsilə cinayət işi istintaqı tamamlanaraq Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmənin hökmü ilə Təranə Qarayeva 8 il azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Azərbaycanlı qadınları Türkiyədə satan şəxsə cinayət işi açıldı
Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda ittiham olunan Günay Seyfullayeva barəsində cinayət işi açılıb.BAKU.WS “oxu.az”a istinadən xəbər...