Qızıl Aypara Cəmiyyətinin bölmə sədrinin daha bir cinayəti aşkarlandı

Gədəbəy Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən, Qızıl Aypara Cəmiyyətinin Şirvan bölməsinin sədri vəzifəsində çalışmış və hazırda həbsdə olan Ülviyyə Balayeva barəsindəki növbəti cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hakim Füzuli Mirzəquliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin əvvəlki cəzası da birləşdirilməklə 4 il 6 ay azadlıqdan məhrum edilib.
İttihama görə, Ü.Balayeva vətəndaşları aldadaraq onlara qarşı dələduzluq edib. O, 2023-cü ildə Xəzər Rayon Məhkəməsinin hökmü ilə 1 il 6 ay azadlıqdan məhrum edilib. Həbs edildikdən sonra onun digər cinayəti də üzə çıxıb. Məlum olub ki, Ü.Balayeva "Şəhid ailələri, Əlilləri, Müharibə veteranlarının müdafiəsi" İctimai Birliyinin Gədəbəy rayon şöbəsinin sədri İbrahim Əliyevlə birlikdə bir qrup gədəbəyliyə qarşı da dələduzluq edib. Hər iki şəxs barəsində cinayət işi başlanıb. İ.Əliyev istintaq dövründə dünyasını dəyişib.
Ü.Balayeva İ.Əliyevlə birlikdə vətəndaşlara Fövqəladə Hallar Nazirliyində işə düzəltmək, sosial evlərdən mənzil almaq, sosial yardım, pensiya düzəldəcəklərini söz verərək 32 nəfərə qarşı silsilə dələduzluq edib.

Oxşar xəbərlər
Astarada 16 yaşlı qızın ölümünün əsl SƏBƏBİ məlum olub
Beynində daşıdığı milyonda bir rast gəlinən virus 16 yaşlı Astara sakini Gülnarə Əlizadənin həyatına son qoyub. Təqribən 2 ay əvvəl dərs vaxtı onun səhhətində p...