Qəzaya düşən maşının ehtiyyat hissələri oğurlanıb? - İddia - DİN-dən açıqlama - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən il qəza zamanı avtomobili yararsız hala düşən şəxsin başına iş gəlib.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, qəza zamanı yararsız hala düşən maşının ehtiyyat hissələri təmir üçün aparılan avtoservis tərəfindən oğurlanıb:
"Mən bir neçə ay öncə - 9 dekabr 2022-ci ildə yol nəqliyyat hadisəsi keçirmişəm və avtomabilimi Xırdalan şəhərində avtoservisə yerləşdirmişəm. Sığorta ödənişim gecikdiyi üçün maşınım 7-8 ay orada qaldı. Bu müddət ərzində mənim maşınımı (ehtiyyat hissələrini) kütləvi şəkildə taladırlar".
Hazırda iddiaçı əməli törədənlərin aşkarlanmasını istəyir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, vətəndaşın şikayəti əsasında Abşeron Rayon Polis İdarəsində təhqiqat araşdırmaları aparılıb:
"Araşdırmalar zamanı Əlili Ülfan Taleh oğlunun şikayətinin mülki məsələ olduğu müəyyən olubduğundan ona mülkü qaydada məhkəməyə müraciət etmək tövsiyyə edilib. Bu barədə vətəndaşa rəsmi cavab verilib".
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...